Köçəryanın həbsdə olan oğlu deputat mandatı alıb
Xatırladaq ki, Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb və xəstəxanaya yerləşdirilib. İrəvanın tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Lakin buna baxmayaraq, Köçəryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə onu həbs edib.
Vəkillərin sözlərinə görə, eks-prezidentin oğlu azadlığa buraxılacaq, lakin ona qarşı cinayət təqibi dayandırılmayacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: