Blinken Türkiyədəki danışıqları məhsuldar adlandırıb

   Blinken Türkiyədəki danışıqları məhsuldar adlandırıb
  06 Noyabr 2023    Oxunub:902
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Ankarada Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqları dəyərləndirib. Bu barədə CNN Türk məlumat yayıb.
“Bizim uzun və məhsuldar danışıqlarımız oldu. Qəzzadakı böhranı və münaqişənin böyüməsinin qarşısını almaq üçün nə edilə biləcəyini müzakirə etdik”, - Blinken bildirib.

O qeyd edib ki, tərəflər Yaxın Şərqdə sülhün bərqərar olması üçün nələrin edilə biləcəyini də müzakirə ediblər.

Blinken Vaşinqtonun Qəzzada humanitar atəşkəsin təmin edilməsi üçün səylərini davam etdirdiyini vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti