Qəzzada ölənlərin sayı 10 mini keçib

   Qəzzada ölənlərin sayı 10 mini keçib
  06 Noyabr 2023    Oxunub:1013
İsrailin HƏMAS silahlılarını zərərsizləşdirmək məqsədilə Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı 10 mini keçib.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat verib. Qeyd olunub ki, müharibə nəticəsində ölənlərin sayı 25 mindən çox şəxs yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.

İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti