Qarabağda sülhməramlıların rotasiyası başa çatdı

   Qarabağda sülhməramlıların rotasiyası başa çatdı
  06 Noyabr 2023    Oxunub:1022
Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ İqtisadi Rayonundakı sülhməramlı qoşunlarının şəxsi heyətinin rotasiyasını başa çatdırıb.
Bu barədə Rusiya MN-nin saytında yerləşdirilən bülletendə bildirilib. Qeyd olunub ki, sülhməramlıların şəxsi heyətinin rotasiyasının yekunlaşması ilə yanaşı habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi prosesi də başa çatıb.

"Müşahidə sisteminin optimallaşdırılması çərçivəsində Şuşa rayonunda daha bir müşahidə məntəqəsi bağlanıb. Ümumilikdə, sentyabrın 19-dan on müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb", - deyə Rusiya MN-nin bülletenində bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti