İranda çörək 40%-dən çox bahalaşıb
“Çörəyin qiymətinin artması insanları çox narahat etsə də, bəzi dövlət adamları hələ də çörəyin qiymətində artım olduğunu təkzib edirlər” , - deputat deyib.
Millət vəkili çörəyin qiymətinin artdığını təsdiqlədiyi halda, Daxili İşlər naziri Əhməd Vahidi indiyədək bir neçə dəfə “hökumət unun və çörəyin qiymətini artırmayıb” iddiasını səsləndirib.
- Sadəcə olaraq, bəzi əyalətlərdəki valiliklərin un və çörək şuraları çörəkbişirənlərin əziyyət çəkməməsi üçün çörəyin qiymətini 15-20% artırıb” , - Vahidi bildirib.
İranın bir çox əyalətlərində çörəyin qiymətinin artması fonunda İran hökumətinin rəsmiləri avqust ayından etibarən bu məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verməkdə davam edir.
Məsələn, İbrahim Rəisinin parlament işləri üzrə müavini Məhəmməd Hüseyni bu il ərzində çörəyin hər hansı bahalaşmasını rədd edərək, “benzin və unun bahalaşmayacağını” deyib. Lakin, İqtisadiyyat və Maliyyə nazirinin müşaviri Məhəmməd Cəlal vilayətlərin un və çörək şurasına çörəyin qiymətini bərpa etmək səlahiyyəti verildiyini açıqlayıb.
Əhalinin çörək istehlakı üzrə İranın dünya ölkələri arasında ön sıralarda getdiyini nəzərə alsaq, çörəyin bahalaşmasının sosial problemləri dərinləşdirə biləcək amillərdən birinə çevriləcəyi heç bir şübhə doğurmur.
AzVision.az