Saks: NATO-Rusiya qarşıdurması Putinin hakimiyyətə gəlişindən əvvəl planlaşdırılb

      Saks:    NATO-Rusiya qarşıdurması Putinin hakimiyyətə gəlişindən əvvəl planlaşdırılb
  07 Noyabr 2023    Oxunub:1282
Amerikalı iqtisadçı və siyasi analitik Cefri Saksın iddiasına görə, Rusiyanın Qara dəniz regionundan sıxışdırılıb çıxarılması strategiyasının ssenarisini Qərb hələ Vladimir Putinin prezident seçilməsindən xeyli əvvəl hazırlayıb.
AzVision.az vaxtı ilə Polşa və Rusiyada “şok terapiyası”nın müəlliflərindən biri, habelə SSRİ-nin prezidenti M.Qorbaçovun, Rusiya prezidenti B.Yeltsinin və Ukrayna prezidenti L. Kuçmanın müşaviri olmuş Cefri Saks ABŞ-la Rusiya arasında Ukraynada yaşanan hərbi qarşıdurmanın çoxdan hazırlandığını iddia edib.

Onun sözlərinə görə, Rusiyanı NATO-ya yeni üzv dövlətlərlə mühasirəyə almaq planı ötən əsrin 90-cı illərinin ortalarından gec olmayaraq və çox güman ki, 1992-ci ildə Amerika qərargahında yaranıb. Onda yenidənqurmadan sonrakı Rusiyanı Qara dəniz regionundan təcrid etmək və sıxışdırmaq üçün Amerika hərbi-sənaye kompleksində strateji qərar qəbul oluub.

Saks Rumıniya, Bolqarıstan və Türkiyə ilə birlikdə Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək planının 90-cı illərin əvvəllərində Amerika neokonları ( yeni mühafizəkarları – red. ) tərəfindən formalaşdırıldığını iddia edir. Bu plan Rusiyanın Qara dəniz regionundan tam mühasirəyə alınmasını və sıxışdırılıb çıxarılmasını təmin etməli idi. Həmin plan, eyni zamanda, ABŞ-nin qlobal dominantlığının təminatı müstəvisində Vaşinqtonun rəsmi doktrinasının bir hissəsi oldu.

Cefri Saksın fikrincə, amerikalılar Ukraynanın etnik və tarixi bölünməsi faktından hərbi bazaların, ABŞ və NATO qüvvələrinin yerləşdirilməsi üçün Rusiya ilə rəqabəti gücləndirmək məqsədi ilə istifadə ediblər.

Amerikalı analitik hazırkı münaqişənin səbəblərinin Vladimir Putinin şəxsi keyfiyyətlərinə və ya Rusiya İmperiyasının yenidən qurulması planlarına istinadən izahını vermək cəhdlərini qeyri-adekvat hesab edir.

Maraqlıdır ki, Rusiyada liberal klan 90-cı illərin yırtıcı özəlləşdirilməsinə tənqidi münasibətinə görə Saksın mövqeyinin əhəmiyyətini azaltmağa çalışsa da, ABŞ-da onun avtoriteti şübhə altına alınmır. Təsadüfi deyil ki, o, dəfələrlə dünyanın ən nüfuzlu məsləhətçilərini və iqtisadçılarının siyahısında yer alıb.

Qeyd edək ki, Cefri Saks, həmçinin BMT-nin üç baş katibinin - Kofi Annan, Pan Gi Mun və Antonio Quterreşin xüsusi müşaviri vəzifəsində çalışıb. Hazırda Kolumbiya universitetinin professor olan analitik, buradakıl Davamlı İnkişaf mərkəzinə rəhbərlik edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qərb   Rusiya  





Xəbər lenti