“Fars” agentliy: İranda 5 nəfər rabitə cihazları və Starlinklə həbs olunub

   “Fars” agentliy:    İranda 5 nəfər rabitə cihazları və Starlinklə həbs olunub
  07 Noyabr 2023    Oxunub:1037
İranın təhlükəsizlik qüvvələri “22 rabitə cihazı və Starlink”lə 5 nəfəri həbs edib.
AzVision.az SEPAH-a yaxın “Fars” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, araşdırmalar əsasında bu cihazlardan ikisinin Amerika Milli Təhlükəsizlik təşkilatı tərəfindən Zahidanın sünni imamı Mövləvi Əbdülhəmidin ofisinə göndərildiyi qənaətinə gəlinib.

Agentlik öz iddiasına sübut təqdim etmədiyi kimi, İranın heç bir təhlükəsizlik və kəşfiyyat təşkilatı belə bir iddianı təkrarlamayıb.

Əvvəllər də, SEPAH-a bağlı bu media qurumu dəfələrlə Mövləvi Əbdülhəmidə qarşı iddialar irəli sürsə də, həmin iddialar imamın ofisi tərəfindən rədd edilib.


Mövləvi Əbdülhəmid, bir ildən çoxdur ki, hər həftə cümə namazı xütbələrində “Qadın, Həyat, Azadlıq” aksiyalarına dəstək verərək, “ədalətin bərqərar olunması” və etirazçıların öldürülməsinin səbəbkarlarının “cəzalandırılması” tələbini irəli sürür.
AzVision.az


Teqlər: İran   Əbdülhəmid  





Xəbər lenti