İranda siyasi məhbusa qarşı dörd ittihamla yeni “cinayət” işi açılıb

İranda siyasi məhbusa qarşı dörd ittihamla yeni “cinayət” işi açılıb
  07 Noyabr 2023    Oxunub:1161
Nəsrin Sotudə Tehranda Armita Gəravəndin dəfn mərasimində həbs edildikdən sonra bu hüquq müdafiəçisinə qarşı dörd “ittiham” əsasında yeni “cinayət” işi açılıb.
AzVision.az “RadioFərda”ya istinadən xəbər verir ki, məlumatlı mənbənin bildirdiyinə görə, xanım Sotudə bu işdə ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq, rejimə qarşı təbliğat aparmaq, ictimai asayişi pozmaq və polisin əmrinə tabe olmamaqda ittiham günahlandırılır.

Nəsrin Sotudə 16 yaşlı yeniyetmə qız Armita Gəravəndin dəfn mərasimi zamanı Ukrayna təyyarəsinin vurulması ilə bağlı iddiaçıların analarından biri Mənzər Zərrab da daxil olmaqla bir neçə başqa şəxslə birlikdə həbs edilib.

Nəsrin Sotudənin həyat yoldaşı Rza Xəndan bir həftə əvvəl yoldaşının Qərçək həbsxanasına köçürüldüyünü, həbs olunduğu andan aclıq və dərman aksiyası keçirdiyini bildirib.
AzVision.az


Teqlər: İran   Sotudə  





Xəbər lenti