İranlı deputat: İsrail Amerikanın bölgədəki bazasıdır

      İranlı deputat:    İsrail Amerikanın bölgədəki bazasıdır
  07 Noyabr 2023    Oxunub:1067
Bütün xalqların ordusu var, amma İsraildə bunun əksinədir, İsrail ordusu xalq yaratmaq istəyir.
AzVision.az xəbər verir ki, İran parlamentinin Dövlət Təhlükəsizlik və Xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə “Sputnik İran” media resursuna müsahibəsində belə iddia səsləndirib.

“Ali Rəhbər, İran prezidenti, xarici işlər naziri və parlamentdə hamımız əminik ki, zərərçəkən tərəf reputasiyası aşağı düşən sionistlər (İsrail) yox, məhz amerikalılardır – yekunda zədələnən və zərər çəkən onların təhlükəsizlik sisteminin mərkəzi oldu. Biz İsraili Amerikanın bölgədəki bazası hesab edirik. Əl-Əqsa tufanı əməliyyatının ilk günlərində amerikalılar bizə mesaj verdilər ki, İran münaqişəyə girməsin və biz də girməyəcəyik, lakin ABŞ bunu pozdu. Amerika bu gün bölgədəki bazalarından İsrailə hərbi texnika və silah göndərir, Qəzzadakı əl-Əhli-Ərəb xəstəxanası Amerika bombası ilə vuruldu”, - iranlı parlamentari deyib.

İsraili Qəzza xalqına hücumda birinci dərəcəli tərəf kimi qiymətləndirən Cəlalzadə, amerikalıların İrandan Müqavimət Cəbhəsinə daxil olmayacağını gözlədiyini söyləyib. Onun iddiasına görə, Müqavimət Cəbhəsi ilə İran arasındakı münasibət komandanlıq və itaət münasibətləri deyil. Sadəcə, Tehran Müqavimət cəbhəsi ilə ikitərəfli məsləhətləşmələr aparır və onun tabeliyi birmənalı olaraq İranın əlində deyil.
AzVision.az



Teqlər: İran   İsrail  





Xəbər lenti