İran bloklanmış pulların konvertasiyasında 15% ziyana düşüb
“İranın nöqteyi-nəzərindən bu məsələ həll edilməli və müəyyən şəkildə kompensasiya edilməlidir. Həmçinin, biz bu itkiləri İran və Cənubi Koreya arasında mövcud əməkdaşlıq və imkanları gücləndirmək və genişləndirməklə kompensasiya edə bilərik”, - Kuzəçi deyib.
Bundan əvvəl İranın Mərkəzi bankının rəhbəri Məhəmməd Rza Fərzin Tehranın Cənubi Koreyada bloklanmış vəsaiutlərinin məbləğinin “7 milyard dollara yaxın” olduğunu açıqlamışdı.
İranın baş bankiri bildirib ki, bu məbləğ Cənubi Koreyanın milli valyutası olan “von” şəklində bu ölkənin banklarına yatırılıb. Lakin dollara çevriləndə onun paritetinin dəyərinin aşağı düşməsi nəticəsində dollara nisbətdə həmin vəsait təxminən bir milyard dollar azalıb.
AzVision.az