Ərdoğan Özbəkistana gedir

   Ərdoğan Özbəkistana gedir
  07 Noyabr 2023    Oxunub:990
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Özbəkistana gedəcək.
AzVision.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı iclası keçiriləcək. 2 gün davam edəcək sammitdə Ərdoğan liderlərlə yanaşı, heyətlərarası görüşlər keçirəcək.

İƏT-ə üzv ölkələr arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün atılacaq addımlar müəyyən ediləcək. Sammitdə İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın göstərilməsi də müzakirə olunacaq.

Sammitdə regional məsələlər də müzakirə olunacaq. Nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıqlar qiymətləndiriləcək.

Türkiyənin öncül olduğu Xəzər keçidli Şərq-Qərb, Orta Dəhliz Təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son inkişaflar müzakirə olunacaq.

Sammit zamanı İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması da müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti