Adinezadə ailəsi: Oğlumuzun xüsusi təyinatlının öldürdüyünə əminik

 Adinezadə ailəsi:  Oğlumuzun xüsusi təyinatlının öldürdüyünə əminik
  07 Noyabr 2023    Oxunub:910
Ötən il İrandakı etiraz aksiyalarının qurbanlarından biri Əbülfəzl Adinezadənin valideynlərinin qaldırdıqları iddianın bağlanmasından sonra bu ailə yaydığı bəyanatda əvvəldən bu məhkəmədə cavab olmayacağını bildiklərini deyib.
AzVision.az xəbər verir ki, 17 yaşlı etirazçı Əbülfəzl Adinezadə Məşhəddə etirazlar zamanı hökumət agentləri tərəfindən güllələnib.

Vəkil Xosrov Əlikərdi bildirib ki, “hərbi və polis qüvvələrinin ov tüfəngindən istifadə etdiyinə dair qəti və tutarlı dəlil olmadığını” iddia edən Xorasan Rəzəvi əyalətinin Hərbi prokurorluğu bu işi bağlayıb.

Eyni zamanda, Adinezadənin ailəsi yaydığı bəyanatda Əbülfəzlin qatilinin Məşhədin xüsusi təyinatlılarının əməkdaşı tam əminliklərini vurğulayıblar.

“Dəfələrlə Əbülfəzlin əbədiyyətə qovuşduğu yerin kameralarını bizə vermələrini xahiş etdik, amma bildiyimizə görə, kameralar ya xarab olub, ya da səhnəni çəkməyib”, - ailə bildirib.

Oğullarının ölümündən sonra Adinezadələr ailəsi də İranda digər iddiaçı ailələr kimi dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb və çağırılaraq həbs olunub.
AzVision.az



Teqlər: İran   qətl  





Xəbər lenti