İranda ölümcül ağcaqanad aşkarlanıb

İranda ölümcül ağcaqanad aşkarlanıb
  07 Noyabr 2023    Oxunub:1217
İranın şimal bölgələrində ölümə səbəb ola bilən “Aedes” ağcaqanadları aşkar edilib.
AzVision.az xəbər verir ki, “Güney Azfront” saytı İranın Səhiyyə nazirliyinin Malyariya ilə mübarizə idarəsinin rəisi Əhməd Rəisiyə istinadən belə məlumat yayıb.

“Aedes ağcaqanadının yayılmasının qarşısını almaq üçün yeganə vacib tədbir ağcaqanadın yerləşməməsi üçün Gilan valiliyi rəhbərliyi ilə bu yaxınlarda başlayan müvafiq sektorlararası əməkdaşlıqla ətraf mühitin yaxşılaşdırılması və təmizlənməsidir” , - Rəisi deyib.

“Aedes” adlı ağcaqanad növü insanları sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəliklərə yoluxdurur.
AzVision.az


Teqlər: İran   ağcaqanad  





Xəbər lenti