Ərdoğan bu gün Özbəkistana gedir

   Ərdoğan bu gün Özbəkistana gedir
  08 Noyabr 2023    Oxunub:1122
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkəndə gedəcək.
Sammitdə üzv ölkələr arasında ticarət, iqtisadi və mədəni əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılacaq, ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün atılacaq addımlar müəyyənləşəcək.

Sammitdə regional məsələlər də müzakirə olunacaq. Nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıqlar qiymətləndiriləcək.

Sammit zamanı İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması da müzakirə olunacaq.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti