İsrail atəşkəsin şərtlərini açıqlayıb

İsrail atəşkəsin şərtlərini açıqlayıb
  08 Noyabr 2023    Oxunub:854
HƏMAS radikal qruplaşması xeyli sayda girovu azad etsə, İsrail hakimiyyəti hərbi əməliyyatlara fasilə elan etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzetinə İsrailin yüksək vəzifəli rəsmisi məlumat verib. O bildirib ki, girovlar azad edilmədən tam atəşkəs olmayacaq.

"İsrail fasilələr elan etməyə hazırdır, ancaq xeyli sayda girov azad olunarsa. Biz Amerika administrasiyası ilə konkret ehtiyaclara uyğun olaraq fərdi həll yollarını müzakirə edirik", - Politico mənbəsi qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti