"Nüvə, kimyəvi və bioloji silahlardan istifadə riski artır" - Patruşev
O, beynəlxalq vəziyyətin pisləşəcəyi təqdirdə istifadə oluna biləcək kimyəvi və bioloji silahları da xatırladıb. Onun sözlərinə görə, ABŞ köhnə böhranları daha da gücləndirir və yeni münaqişələrin yaranmasına təhrik edir, onların diplomatik normalar vasitəsilə həllinə mane olur.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Vaşinqtonun addımları səbəbindən dünya səhnəsində müxtəlif təhdidlər və çağırışlar yaranır. Söhbət terrorizmdən, narkotiklərin qanunsuz dövriyyəsindən, transmilli mütəşəkkil cinayətkarlıqdan gedir.
"Nüvə, kimyəvi və bioloji silahlardan istifadə riski artır", - Patruşev MDB dövlətlərinin Təhlükəsizlik Şurasının katiblərinin iclasında qeyd edib.
Bundan əlavə, o, kosmosun sürətləndirilmiş hərbiləşdirilməsi barədə də xəbərdarlıq edib.
AzVision.az
Teqlər: