Ankara Qəzza sakinlərinin qəbuluna görə pul alacaq?

   Ankara Qəzza sakinlərinin qəbuluna görə pul alacaq?
  08 Noyabr 2023    Oxunub:908
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi KİV-in Qəzza zolağının 750 min sakininin qəbulu müqabilində respublikaya külli miqdarda xarici valyuta veriləcəyi ilə bağlı iddiaları təkzib edib.
“ABŞ və İsrailin Körfəz ölkələri, Misir və Türkiyə ilə Qəzza sakinlərinin təxliyəsi və atəşkəslə bağlı danışıqlar apardığına dair xəbərlər, həmçinin 750 min Qəzza sakinini qəbul etmək müqabilində Türkiyəyə ehtiyacı olan xarici valyutanın veriləcəyi həqiqətə uyğun deyil”, - ofisin açıqlamasında deyilir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti