Bayden Si Cinpinlə görüşəcək

   Bayden Si Cinpinlə görüşəcək
  08 Noyabr 2023    Oxunub:987
ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin noyabrın 15-də San-Fransiskoda ikitərəfli görüş keçirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda ABŞ və Çin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlərinin sammiti çərçivəsində keçiriləcək görüşə son hazırlıq işləri görür. Eyni zamanda, Çin hələ Si Cinpinin sammitdə iştirakını rəsmən təsdiqləməyib.

Oktyabrın sonunda Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, Baydenin Si Cinping ilə San-Fransiskoda APEC sammitində görüşməyi səbirsizliklə gözlədiyini və Vaşinqtonun onun keçirilməsini razılaşdırılmış hesab etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, ölkə liderlərinin planlaşdırılan görüşü fonunda ABŞ Çinlə bağlı siyasətini dəyişməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti