Ermənistan hərbi xərclərini artırır

 Ermənistan hərbi xərclərini artırır
  08 Noyabr 2023    Oxunub:1032
"2024-cü il dövlət büdcəsinə əsasən, bütün əsaslı xərclərin 41 faizi müdafiə sənayesinə yönəldiləcək".
Bunu Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının dövlət büdcəsi layihəsinin yekun müzakirəsində Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib.

Onun sözlərinə görə, ümumilikdə əsaslı xərclər təxminən 27% artaraq 710,3 milyard dram (təxminən 1,76 milyard dollar) təşkil edəcək.

Onların ÜDM-dəki payı da 5,9%-dən 6,8%-ə yüksələcək. Bunun 297,3 milyardı (təxminən 735 milyon dollar) müdafiənin payına düşəcək ki, bu da 2% artacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti