Amnesty İnternational: Rza Rəsai edam təhlükəsi ilə üzləşib

   Amnesty İnternational:    Rza Rəsai edam təhlükəsi ilə üzləşib
  08 Noyabr 2023    Oxunub:832
Ötən il keçirilən ümummilli etiraz aksiyaları məhbuslardan biri olan Rza (Qulamrza) Rəsai edam təhlükəsi ilə üzləşib.
AzVision.az Beynəlxalq Amnistiya təşkilatının xəbərdarlığına istinadən bildirir ki, Rza Rəsai ötən il İranda keçirilən ümummilli etiraz aksiyaları ilə əlaqədar həbs edildikdən sonra işgəncələrə məruz qalıb.

Bir ay bundan əvvəl Kirmanşah vilayətinin cinayət məhkəməsinin ikinci şöbəsində keçirilən məhkəmədə o, edam cəzasına məhkum olunub.

“Bu son dərəcə ədalətsiz məhkəmə Rza Rəsaini qətl ittihamı ilə təqsirli bilərək, onu edam cəzasına məhkum edib. Bu işin yeganə sənədləri ondan işgəncə yolu ilə əldə edilən məcburi etiraflara əsaslanır. 34 yaşlı Rza (Qulamrza) Rəsai kürdlərin və Yarsan etnik-dini azlıqlarındandır. O, “Qadın, Həyat, Azadlıq” ümummilli etirazları ilə əlaqədar SEPAH üzvünü öldürməkdə ittiham olunur”, - Amnesty İnternational vurğulayıb.
AzVision.az


Teqlər: İran   edam  





Xəbər lenti