Pentaqon: Amerikanın İraq və Suriyadakı bazaları 40 dəfə hədəfə alınıb
“Oktyabrın 7-dən noyabrın 7-dək Amerika qüvvələri İraqda 22, Suriyada isə 18 dəfə olmaqla ən azı 40 dəfə hücuma məruz qalıb. Bu hücumlar birtərəfli (intihar) dronları və raketlərin birləşməsini əhatə edirdi”, - Sinqx deyib.
Pentaqon rəsmilərinin bildirdiyinə görə, indiyədək bu hücumlarda 46 nəfər yaralandığı, onların əksəriyyətinin kiçik xəsarətlər aldığı və 40-nın artıq xidmətə qayıtdığı bildirilir.
Daha əvvəl edilən bu hücumlara cavab olaraq, Amerika SEPAH-ın Suriyada dəstəklədiyi qrupların mövqelərini hədəf almışdı.
AzVision.az