Bu ilin birinci yarısında İranda 1077 işçi həlak olub

Bu ilin birinci yarısında İranda 1077 işçi həlak olub
  08 Noyabr 2023    Oxunub:938
Bu ilin ilk 6 ayında 1077 işçi istehsalat qəzaları nəticəsində həyatını itirib.
AzVision.az xəbər verir ki, bu yaxınlarda İranın Ədliyyə Tibb təşkilatının açıqladığı statistik məlumatlara istinadən Gənc Jurnalistlər klubu öz hesabatında belə məlumat yayıb.

Hesabata əsasən, bu ilin ilk altı ayında işdə baş verən qəzalar nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb. Belə ki, ötən ilin birinci yarısında istehsalat qəzalarında 931 ölüm hadisəsi qeydə alınmışdısa, bu ilin müvafiq dövründə həmin rəqəm 1077-ə çatıb. Dünyasını dəyişən işçilərin 166-sı kişi, 11-i qadın olub.

İstehsalat qəzalarında ən çox ölüm səbəbi 498 nəfərin ölümü ilə nəticələnən “yüksəkdən yıxılma” olub.Bundan sonra “sərt cismin dəyməsi” 246 ölümlə iş qəzalarında ən çox ölüm sayıdır.

İran əməyin mühafizəsi məsələlərinə uyğunluq baxımından dünya ölkələri arasında 102-ci yerdədir ki, bu da çox aşağı dərəcədir.

İşəgötürənlər tərəfindən əməyin mühafizəsi standartlarına əməl olunmaması, iş mühitində keyfiyyətsiz iş paltarından istifadə edilməsi, işçiləri yorğunlaşdıran uzun iş saatları, işçilərin psixoloji təzyiqlə üzləşməsini formalaşdıran aşağı əmək haqqı və maaşların gecikdirilməsi İranda iş qəzalarının sayının artmasının ən mühüm səbəblərindəndir.
AzVision.az



Teqlər: İran   işçilər  





Xəbər lenti