Ukraynada daha bir nazir istefa verib

   Ukraynada daha bir nazir istefa verib
  08 Noyabr 2023    Oxunub:915
Ukraynanın gənclər və idman naziri Vadim Qutçayt istefa ərizəsini Ali Radaya təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin spikeri Ruslan Stefançuk sosial şəbəkələrdə məlumat verib.

“Ali Rada Ukraynanın gənclər və idman naziri V.M.Qutçaytdan istefa haqqında bəyanat qəbul edib. Tezliklə müraciətə baxılacaq”, - R. Stefançuk yazıb.

Qeyd edək ki, nazir bu vəzifəni 2020-ci ilin mart ayından icra edir.

AzVision.az


Teqlər:





Xəbər lenti