"HƏMAS humanitar fasilə müqabilində 15 girovu azad etməyə hazırdır" - KİV
Radikal hərəkat tərəfindən müzakirə edilən razılaşmanın şərtlərinə görə, İsrail hücumları üç gün müddətinə dayandıracaq ki, bu da “girovların çıxarılması və anklavlara humanitar yardımın çatdırılması” üçün imkan yaradacaq. Nəşr qeyd edib ki, saziş HƏMAS-ın əlində olan bir neçə amerikalıya da aiddir. Lakin nə qədər girovun azad ediləcəyi hələ də müzakirə mövzusu olaraq qalır.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iştirak etdiyi danışıqlar Qətərin vasitəçiliyi ilə aparılır.
“The New York Times”ın qeyd edib ki, Amerika rəsmiləri, o cümlədən dövlət katibi Antoni Blinken hərbi əməliyyatların dayandırılması müqabilində HƏMAS girovlarının azad edilməsinə dair mümkün razılaşmanı fəal şəkildə təbliğ edirlər. Qəzetin yazdığına görə, qrup nümayəndələri İsrail qüvvələrinin Qəzzada quru əməliyyatı başlamazdan dərhal əvvəl belə bir mübadilə təşkil etməyi təklif ediblər, lakin yəhudi dövlətinin səlahiyyətliləri “HƏMAS-ın niyyətlərinin səmimiliyinə şübhə edib” və hücumun başlanmasına icazə veriblər.
AzVision.az
Teqlər: