Qəzzada epidemiya təhlükəsi: ÜST-dən xəbərdarlıq
"Yanacağın olmaması təmizləyici qurğuların bağlanmasına, nəticədə insanların çirklənmiş suyu istehlak etməsinə səbəb olub. Bu da ishal kimi bakterial infeksiyaların yayılması riskini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda yanacağın olmaması bərk tullantıların yığılmasını da pozub, xəstəlikləri daşıya və ötürə bilən həşərat və gəmiricilərin sürətlə və geniş yayılmasına şərait yaradıb”, deyə hesabatda qeyd edilib.
ÜST oktyabrın ortalarından indiyədək 33 min 551-dən çox ishal hadisəsinin qeydə alındığını və onların yarıdan çoxunun 5 yaşdan kiçik uşaqlar olduğunu qeyd edib:
“2021 və 2022-ci illər ərzində 5 yaşa qədər uşaqlarda müşahidə olunan 2 min hadisənin aylıq orta göstəricisi ilə müqayisədə əhəmiyyətli artım var. Həmçinin 8944 nəfərdə qaşınma və bit, 1005 nəfər suçiçəyi, 12635 nəfər dəri səpgisi, 54866 nəfər yuxarı tənəffüs yolları infeksiyası qeydə alınıb. Rutin peyvənd tədbirlərinin pozulması və yoluxucu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların olmaması xəstəliyin yayılma riskini daha da artırır".
Teqlər: