Rza Pəhləvi: Mənim heç bir şəxsi ambisiyam yoxdur

      Rza Pəhləvi:    Mənim heç bir şəxsi ambisiyam yoxdur
  09 Noyabr 2023    Oxunub:956
İranın sonuncu vəliəhd şahzadəsi Rza Pəhləvi İranda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə hakimiyyətə gəlmək üçün “şəxsi ambisiyası” olmadığını, ölkədə vətəndaş cəmiyyətinin güclənməsi və demokratiyanın qələbəsi prosesində yalnız “asanlaşdırıcı” rol oynamaq niyyətində olduğunu bildirib.
AzVision.az bildirir ki, Rza Pəhləvi “Talk TV” telekanalında britaniyalı aparıcı Pirs Morqana verdiyi yeni müsahibəsində belə mövqe sərgiləyib. Məşhur aparıcının “İranda mövcud rejim devrilsə və İran xalqı onu demokratik proseslə seçsə, İrana qayıdıb ölkə rəhbərliyini öz üzərinizə götürəcəksinizmi?” sualına əsas məqsədinin öz həmvətənlərinə kömək etmək olduğu cüvübını verib.

“Heç bir şəxsi ambisiyam olmadan bacardığım qədər həmvətənlərimə kömək edəcəm. Mənim üçün məsələ konstitusiya hökümətindən kənar institutların yaradılmasına kömək etməkdən başqa bir şey olmayacaq, çünki vətəndaş cəmiyyəti cəmiyyətin son mühafizəçisidir. Biz bu institutu gücləndirmək istəyirik ki, İranda demokratiya sistemi davam etsin. Mənim İranı dəyişdirmək prosesim ondan ibarətdir ki, rejimin dağılmasından sonra demokratik keçid dövrümüz olacaq və xalqa referendum keçirmək imkanı verəcək təsis qurultayımız ola bilsin” , - şahzadə deyib.

Rza Pəhləvi Yaxın Şərdə gedən müharibəni şərh edərək HƏMAS-ın İsrailə hücumunun ran hökmdarlarının ideologiyasından qaynaqlandığını söyləyib. Bir növ xəstəlik olan bu ideologiya sonda müalicə olunmalıdır.

O, heç vaxt davranışını dəyişməyəcək İrandakı teokratik rejimi dəyişməyin yeganə həll yolu olduğunu vurğulayaraq, Qərbin bu məsələdə səhvini də göstərib.

“Məhz buna görə də 40 illik səylər ərzində Qərbin İrana qarşı xarici siyasətinin ən böyük problemi və səhvi bu rejimin davranışında dəyişiklik gözləmək olub” , - İranın sonuncu vəliəhd şahzadəsi deyib.
AzVision.az


Teqlər: İran   Pəhləvi  





Xəbər lenti