Nərgiz Məhəmmədi Tereza Ana “Sosial ədalət” mükafatına layiq görülüb

Nərgiz Məhəmmədi    Tereza Ana “Sosial ədalət”    mükafatına layiq görülüb
  09 Noyabr 2023    Oxunub:1033
Həbsdə olan iranlı Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi 2023-cü ildə “İnsanlıq fəaliyyətdə” mövzusu nominasiyasında Tereza Ana adına “Sosial ədalət” Memorial mükafatının qalibi seçilib.
AzVision.az “Tereza Ana” fondunun məlumatına istinadən xəbər verir ki, bu qurum onun “insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusən də İranda qadınların zülmünə qarşı mübarizədə sarsılmaz fədakarlığını” yüksək qiymətləndirib.

Məhəmmədinin sosial ədalət sahəsində göstərdiyi səylər “örnək” kimi qiymətləndirilir və onun səylərinin həqiqətən də bütün dünya üçün dərin ruhlandırıcı hərəkətlər olduğu vurğulanır.
“Tereza Ana” fondunun mükafatlandırma mərasiminin noyabrın 26-da Hindistanın Mumbay şəhərində keçirilməsi planlaşdırılır.

Yeri gəlmişkən, İranda ən azı iki hüquq müdafiəçisinin hesabatlarına əsasən, həbsxana rəhbərliyi xanım Məhəmmədinin müalicəsi üçün artan beynəlxalq təzyiqlərdən sonra nəhayət onu xəstəxanaya göndərib. Halbuki, onun xəstəlik tarixçəsinə baxmayaraq, prokurorluq və həbsxana rəhbərliyi bunu inidyədək hər vəchlə əngəlləyirdi.
AzVision.az


Teqlər: İran   Məhəmmədi  





Xəbər lenti