Ermənistanda 10 noyabr etirazları ilə bağlı cinayət işi bağlanılır
Nəşr qeyd edir ki, 2020-ci ilin noyabr hadisələrindən 3 il sonra istintaq orqanları materialların məhkəməyə göndərilməsi üçün kifayət qədər dəlil tapa bilməyib işləri bağlayıb.
Həmin hadisələrin bəzi iştirakçılar iğtişaşlara görə artıq məhkum ediliblər, lakin bir çox vətəndaşa qarşı istintaq davam etdirilib. Qəzet hesab edir ki, çox güman digərlərinə qarşı da cinayət təqibi dayandırılacaq.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-na keçən gecə kapitulyasiya aktına imza atdığı üçün bir qrup şəxs hökumət və parlament binalarına soxularaq, o vaxtkı spiker Ararat Mirzoyanı döymüşdü. Bundan başqa strateji dövlət obyektlərini tutmağa cəhdlər edilmişdi.
AzVision.az
Teqlər: