İran Tacikistanla viza rejimini ləğv edir

İran Tacikistanla viza rejimini ləğv edir
  09 Noyabr 2023    Oxunub:1043
İran prezidenti İbrahim Rəisinin Tacikistana səfəri çərçivəsində iki ölkə arasında viza rejiminin ləğvi barədə anlaşma memorandumu imzalanıb.
AzVision.az Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, hökumətlər arasında xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında anlaşma memorandumunun imzalanma mərasimi Düşənbədəki Millət Sarayında prezidentlər Emoməli Rəhmon və İbrahim Rəisinin iştirakı ilə keçirilib.

İmaməli Rahmon və İbrahim Rəisi bu ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilmiş ikitərəfli görüşdə ilk dəfə olaraq viza rejiminin sadələşdirilməsini müzakirə ediblər.

İran prezidentinin noyabrın12-dək davam edəcək səfəri çərçivəsində rəsmi görüşlər, yüksək səviyyəli danışıqlar və əməkdaşlığa dair digər sənədlərin də imzalanması planlaşdırılır.

Bu səfər İbrahim Rəisinin Düşənbəyə ikinci gəlişidir. Onun İranın presidenti qismində Tacikistana ilk dəfə 2021-ci ilin sentyabrında olub. Həmin vaxt Rəisi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçıları şurasının toplantısında müşahidəçi ölkənin rəhbəri kimi iştirak edib. Yeri gəlmişkən, həmin səfər həm də Rəisinin prezident kimi ilk xarici səfəri olub.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə toplantısında iştirak etmək üçün Tacikistanla yanaşı Özbəkistana də səfər edib.
AzVision.az



Teqlər: İran   Tacikistan  





Xəbər lenti