"Ermənistanın öhdəlikləri yerinə yetirməsi bölgədə sülh prosesini asanlaşdıracaq" - Ərdoğan

   "Ermənistanın öhdəlikləri yerinə yetirməsi bölgədə sülh prosesini asanlaşdıracaq" -    Ərdoğan
  09 Noyabr 2023    Oxunub:947
“Qarabağda 30 ildən çox davam edən işğalın tamamilə sona çatması ilə bölgəmizdə daimi sülhə bir addım daha yaxınlaşmışıq".
AzVision.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında çıxışı zamanı deyib. O qeyd edib ki, Ermənistanın Azərbaycan qarşısında üzərində götürdüyü öhdəlikləri yerinə yetirməsi bu prosesi asanlaşdıracaq.

"Azərbaycanın Qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın zamanda təsis edilməsi son dərəcə vacibdir. Başda TANAP olmaqla, həyata keçirdiyimiz layihələrlə həm ölkəmizin, həm də bölgəmizin enerji təhlükəsizliyini təmin etmişik. Hazırda Şərq-Qərb Orta Dəhlizinin də əhəmiyyəti artıb. Biz onun işlək olmasını inkişaf etdirməliyik".

AzVision.az



Teqlər:





Xəbər lenti