Husilər Amerikanın pilotsuz təyyarəsini vurub

   Husilər Amerikanın pilotsuz təyyarəsini vurub
  09 Noyabr 2023    Oxunub:1007
Yəməndə Husi milisləri tərəfindən ABŞ PUA-sı vurulub.
AzVision.az “Associated Press” agentliyinə istinadən bildirir ki, Amerikanın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin vediyi məlumata görə, Husi milisləri həmçinin Yəmənin hava məkanında Amerikanın MQ9 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

“Bizim hava hücumundan müdafiə qüvvələrimiz İsrailin əməliyyatlarına dəstək məqsədilə düşmənçilik hərəkətləri həyata keçirən Amerikanın MQ9 pilotsuz təyyarəsini ələ keçirə və vura bildi. Bu cür düşməncəsinə hərəkətlər Yəməndəki Husi milislərinin Fələstin xalqına dəstək məqsədilə İsrailə qarşı hərbi əməliyyatlarını davam etdirməsinə mane olmayacaq”, - husilərin yaydığı məlumatda deyilir.

ABŞ ordusu PUA-nın beynəlxalq hava məkanında, yoxsa Yəmən üzərində hədəfə alındığını müəyyənləşdirmək üçün bu sahədəki məlumatları təhlil edir.


AzVision.az



Teqlər: husilər   ABŞ  





Xəbər lenti