İstanbulda Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq iclas keçiriləcək

   İstanbulda Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq iclas keçiriləcək
  09 Noyabr 2023    Oxunub:1218
Noyabrın 15-də İstanbulda Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq iclasın keçirilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində deyib.

O qeyd edib ki, Türkiyə böhranın həlli üçün diplomatik səylərini davam etdirəcək.

Türkiyə liderinin sözlərinə görə, İstanbuldakı görüş onun həyat yoldaşı Əminə Ərdoğanın himayəsi altında keçiriləcək. "Ümid edirəm ki, noyabrın 15-də İstanbulda həyat yoldaşımın himayəsi ilə dövlət və hökumət başçılarının xanımlarının iştirakı ilə beynəlxalq toplantı keçiriləcək. Bu yolla Qəzzadakı qardaşlarımızla güclü həmrəylik nümayiş etdiriləcək".

Qeyd edək ki, oktyabrın 28-də İstanbulda Fələstinə dəstək aksiyası keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti