Ərdoğan Qərbi ikiüzlülükdə ittiham edib

   Ərdoğan Qərbi ikiüzlülükdə ittiham edib
  09 Noyabr 2023    Oxunub:1141
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza böhranı fonunda Qərb ölkələrini ikiüzlülükdə və ikili standartlar siyasətində ittiham edib.
AzVision.az xəbər verir ki, Türkiyə lideri bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində çıxış edib.

"ABŞ başda olmaqla, Qərb ölkələri Qəzzada baş verən qətliamı uzaqdan səssizcə müşahidə etməklə kifayətlənirlər. Onlar atəşkəsə çağırışı etməkdə çox acizdirlər. Qurani-Kərimin yandırılmasına göz yumanlar, Fələstin bayrağına dözə bilmirlər. Oktyabrın 7-dən bəri gördüyümüz ikiüzlülük nümunələrini çoxaltmaq olar”, – Ərdoğan vurğulayıb.

O, İƏT ölkələrini İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün birgə səy göstərməyə çağırıb. “Əgər biz İƏT ölkələri müsəlman dünyasının nümayəndələri olaraq bu gün səsimizi çıxarmasaq, daha nə vaxt bunu edə biləcəyik?” - Türkiyə lideri bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti