"Paşinyanın KTMT-nin sammitində iştirakı hələ təsdiqlənməyib" - XİN

   "Paşinyanın KTMT-nin sammitində iştirakı hələ təsdiqlənməyib" -    XİN
  09 Noyabr 2023    Oxunub:980
Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistanın təşkilatdan çıxması müzakirə olunmur.

"Paşinyanın sammitdə iştirakı ilə bağlı qərar qəbul olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Nəzəri cəhətdən biz ya iştirak edə bilərik, ya da olmaya bilərik. Hazırda biz KTMT-dən çıxmaqla bağlı hüquqi prosesi müzakirə etmirik", deyə Kostanyan əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti