Fransa tarixdə ən böyük antisemitizm dalğası ilə üzləşib

   Fransa tarixdə ən böyük antisemitizm dalğası ilə üzləşib
  09 Noyabr 2023    Oxunub:1159
Fransa İkinci Dünya Müharibəsindən sonra tarixdə ən böyük antisemitizm (yəhudi əleyhdarlığı, yəhudi düşmənçiliyi) dalğası ilə üzləşib.
AzVision.az xəbər verir ki, bunu Fransanın "Milli Assosiasiya" Partiyasından olan deputat Jan Filip Tanqii BFMTV-nin efirində ölkədə son bir ayda baş verən antisemitizm aktlarını şərh edərkən deyib.

O qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra son bir ay ərzində respublikada antisemitizm nümayişlərinin sayı demək olar ki, 1,2 min təşkil edib. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmaninin Senatda keçirilən dinləmələrdə dediyi kimi, bu, bütün 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Söhbət həm vandalizm aktlarından, həm də ayrı-ayrı şəxslərə hücumlardan gedir. Bu cür hərəkətlərə görə 500-dən çox şəxs, o cümlədən əcnəbilər və Fransada qeyri-qanuni yaşayanlar saxlanılıb.

BFMTV-nin məlumatına görə, cümə axşamı paytaxt metrosunda Paris sinaqoqlarından birinin ravvininə hücum edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti