İqlim dəyişikliyi İran, İraq və Suriyada quraqlığa səbəb olur
“İnsan fəaliyyətinin məhsulu olan iqlim dəyişikliyi quraqlıqların şiddətini o dərəcədə artırıb ki, eyni hallar 1,2 dərəcə selsidən aşağı temperaturda baş versə idi, onlar quraqlıq sayılmayacaqdı”, - hesabatda deyilir.
Bəyanatda qeyd olunur ki, bu ölkələrdə illərlə davam edən müharibə və böhran nəticəsində yaranan zəifliklər insanların quraqlıqla mübarizə imkanlarını azaldıb və nəticədə quraqlıq humanitar böhrana səbəb ola bilər.
Bu qrup quraqlığın nəticələrinin daha ağır olduğu iki regionda 2020-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər araşdırma aparıb. Bir bölgə İran, digər bölgə isə Suriya və İraqdan keçən Dəclə və Fərat çaylarının hövzəsidir.
“Qlobal İqlim nəticələri” qrupu onu da bildirib ki, Amerika Quraqlığın Monitorinq mərkəzinin göstəricilərinə əsasən, hazırda hər iki region “ağır quraqlıq” bölgəsi kimi xarakterisə edilir.
AzVision.az