İranda daha bir neçə jurnalist saxlanılıb

İranda daha bir neçə jurnalist saxlanılıb
  09 Noyabr 2023    Oxunub:1026
İranda son bir həftədə daha bir neçə jurnalistin saxlanıldığı bildirilir.
AzVision.az Beynəlxalq Jurnalistlər federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, “Eko-İran” və T”ejaratFarda” həftəlik jurnalının jurnalisti Manijə Müəzzənn çərşənbə günü həbs edilərək naməlum yerə aparılıb.

Gündəlik xəbər kanalının direktoru Mətin Ğəffaryan da “tənqidi məzmun” dərc etdiyinə və həmçinin Armita Gəravəndin ölümü ilə bağlı öz mövqeyini açıqladığına görə, prokurorluğa çağırılıb. Prokuror bu kanala qarşı cinayət əməli barədə ittiham irəli sürüb.

Habelə, Ətraf mühitin problemləri üzrə jurnalist fəaliyyəti ilə məşğul olan İlahə Musəvi də ötən günlərdə prokurorluğa çağırıldığını və ona qarşı iş açıldığını bildirib.

“Fəraz” xəbər bazasının jurnalisti Ehsan Bədaği isə Gilan Rəhbərlik departamentinin işdən çıxarılan direktoru Rza Seqatinin hələ də dövlət qulluğundan ayrılmadığı barədə material dərc etdiyi üçün hüquq-mühafizə orqanlarına çağırılıb.

Apellyasiya məhkəməsi, öz növbəsində, müstəqil jurnalist Səidə Şəfiinin “icma və əlbirlik” ittihamı ilə 3 il 7 aylıq həbs cəzası təsdiqlənib.

Jurnalistlər İranda həmişə təzyiq altında olsalar da, Məhsa Əmininin ölümündən sonra geniş yayılmış etirazlardan sonra daha sərt təzyiqlərlə üzləşiblər.
AzVision.az


Teqlər: İran   jurnalistlər  





Xəbər lenti