Nərgiz Məhəmmədi: Bu sistem məhbusun ölümü üçün yataq verir

      Nərgiz Məhəmmədi:    Bu sistem məhbusun ölümü üçün yataq verir
  09 Noyabr 2023    Oxunub:1208
İranda həbsxanalar məhbusun ölümü üçün “uyğun imkan və platforma” təmin edir.
AzVision.az xəbər verir ki, həbsdə olan Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi 2021-ci ildə öz müsahibəsində belə deyib və həmin müsahibə son günlərdə onun İnstaqram hesabında paylaşılıb.

“İran hökumətinin həbsxana rəhbərliyi məhbusların vəziyyətinə tibbi yardım göstərməməsi ilə, əslində ölüm üçün bir fürsət və uyğun bir platforma təqdim edir. O qədər təzyiq edirlər, o qədər gecikdirirlər ki, ölüm insana gəlir. Mənə bir şey olsa və ölsəm, həbsxana təşkilatı məni xəstəxanaya apardığını, lakin bütün səylərə baxmayaraq öldüyümü elan edərdi. Yox, elə siz öldürürsünüz”, - xanım Məhəmmədi vurğulayıb.

Qeyd edək ki, həbsxanada vəziyyətinin ağır olmasına baxmayaraq xəstəxanaya göndərilməsinə icazə verilməyə xanım Məhəmmədi beynəlxalq təzyiqlər, o cümlədən Nobel Sülh komitəsi, İsveçin “Olaf Palme fondu” və “Amerika Qələm assosiasiyası” tərəfindən artan təzyiqlərdən sonra xəstəxanaya göndərilib.

Tehran əyalətinin Həbsxanalar Baş idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi yaydığı bəyanatda Nərgiz Məhəmmədinin nəhayət xəstəxanaya göndərildiyini və müayinələrdən sonra kəskin problemləri olmadığına görə cəzasını davam etdirmək üçün həbsxanaya qaytarıldığını açıqlayıb.
AzVision.az


Teqlər: İran   Məhəmmədi  





Xəbər lenti