Kostanyan: "Bakı ilə İrəvan arasında yüksək səviyyəli görüş barədə razılaşma yoxdur"

      Kostanyan:    "Bakı ilə İrəvan arasında yüksək səviyyəli görüş barədə razılaşma yoxdur"
  09 Noyabr 2023    Oxunub:1222
"Ermənistan və Azərbaycan nümayəndələri arasında yüksək səviyyəli görüşlə bağlı razılaşma yoxdur"
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Hazırda konkret görüşlə bağlı razılıq yoxdur. Əgər dəqiqləşdirilsə, ictimaiyyətə məlumat verəcəyik", - Kostanyan əmin edib.

Nazir müavini qeyd edib ki, liderlər səviyyəsində görüş baş tutmasa da, vasitəçilər yeni görüşün təşkili üzərində işləyirlər.

Onun sözlərinə görə, İrəvan vasitəçilərlə daimi əlaqə saxlayır. "Lakin hazırda görüşün formatı, yeri və tarixi barədə nəsə demək çətindir",diplomat əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti