Bayden Netanyahuya təzyiq göstərir

      Bayden Netanyahuya təzyiq göstərir
  09 Noyabr 2023    Oxunub:1273
Məhbusların azad edilməsi məsələsinin həlli üçün ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu döyüşlərdə 3 günlük fasilə ilə razılaşmağa çağırıb.
AzVision.az xəbər verir ki, ABŞ-dakı “Axios” saytı amerikalı və israilli məmurlara istinadən belə məlumat yayaıb.

Nəşr diqqəti İsrailin Baş naziri Benyamin Netanyahunun “ABC News” telekanalına müsahibəsində əvvəlki həlledici mövqeyindən uzaqlaşaraq Qəzzada döyüşlərdə “taktiki fasilə”nin mümkünlüyünü etiraf etməsinə yönəldir.

“Girovlarımız azad edilmədən Qəzzada ümumi atəşkəs olmayacaq. Orada-burada bir saatlıq qısamüddətli taktiki pauzalara qaldıqda, biz bundan əvvəl də istifadə etmişik. Humanitar yardımların çatdırılmasını təşkil etmək və ya girovlarımızın və ayrı-ayrı şəxslərin ərazini tərk edə bilməsini təmin etmək üçün ola bilsin ki, şəraiti öyrənək”, – Netanyahu həmin müsahbiədə vurğulayıb.

“Axios”un iddiasına görə, Netanyahunun bu sözləri keçən həftə ABŞ-nin Dövlət katibi Antoni Blinkenə girovlar azad olunmayana qədər hərbi əməliyyatlarda fasilənin nəzərdən keçirilməyəcəyini dediyi bəyanatından bir qədər fərqli idi.
AzVision.az



Teqlər: Byaden   Netanyahu  





Xəbər lenti