Ərdoğan iranlı həmkarı ilə görüşüb

Ərdoğan iranlı həmkarı ilə görüşüb
  09 Noyabr 2023    Oxunub:1165
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran rəhbəri İbrahim Rəisi ilə görüşüb.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısının keçirildiyi Özbəkistanın paytaxtı Daşkənddə baş tutub.

Prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti