"Netanyahu girovların azad edilməsi razılaşmasını son anda əngəlləyib" - HƏMAS
Onun sözlərinə görə, vasitəçi bu barədə HƏMAS nümayəndələrini məlumatlandırıb. Həmdan qeyd edib ki, təşkilat bütün danışıqlara razılıq verib, lakin birdən-birə quru əməliyyatının başlamasına bir gün qalmış Netanyahu razılaşmanı əngəlləyib.
Bundan əvvəl “The New York Times” mənbələrə istinadən yazmışdı ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürdüyü 50-yə qədər girovu azad etmək imkanını nəzərdən keçirir, bu isə Qəzza zolağına humanitar yardımın çatdırılmasını təşkil etməyə kömək edəcək. Nəşrin məlumatına görə, ABŞ administrasiyasındakı bəzi şəxslər, o cümlədən dövlət katibi Antoni Blinken girovların azad edilməsi üçün mümkün sövdələşmənin bağlanması prosesində fəal iştirak edir.
AzVision.az
Teqlər: