Ermənistan XİN: "Ərazimizdə üçüncü ölkənin nəzarəti yaradıla bilməz"
"Layihəyə əsasən regional kommunikasiyalar açılsa, Ermənistan öz ərazisində gömrük və sərhəd nəzarəti həyata keçirəcək. Bundan əlavə, bu yaxınlarda Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılıb, onun vəzifəsi malların, yüklərin, nəqliyyat vasitələrinin və insanların hərəkətinə nəzarəti təmin etməkdir. Ermənistan heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti yaradıla bilməz".
Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir.
AzVision.az
Teqlər: