Zelenski Azərbaycana təşəkkür edib

 Zelenski Azərbaycana təşəkkür edib
  09 Noyabr 2023    Oxunub:1765
Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Bu barədə AzVision.az yerli mətbuata istinadən xəbər verir.

"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - o, axşam videomüraciətində bildirib.

Daha əvvəl Azərbaycanın ilin sonuna qədər paylayıcı şəbəkələrinin bərpası üçün avadanlıqları Ukraynaya verməsi planları açıqlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti