"Qərb Rusiyaya qarşı İrəvanla dost olmaq istəyir" - Lavrov

   "Qərb Rusiyaya qarşı İrəvanla dost olmaq istəyir" -    Lavrov
  09 Noyabr 2023    Oxunub:1907
Hazırda Ermənistanı fəal şəkildə “müdafiə edən” Qərb dövlətləri Rusiyaya qarşı İrəvanla dost olmaq istəyirlər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 1" telekanalının efirində deyib.

Eyni zamanda nazir qeyd edib ki, Moskvanın Ermənistanın xarici tərəfdaşlarına və dostlarına qarşı heç bir qərəzi yoxdur.

“Biz KTMT-nin üzvü kimi, yaxın müttəfiqimiz və strateji tərəfdaşımız kimi Ermənistanın xarici tərəfdaşlarla münasibətləri necə quracağını müəyyənləşdirməsinin tərəfdarıyıq”, - deyə o bildirib.

Diplomat həmçinin qeyd edib ki, Rusiya Federasiyası heç vaxt “heç kimə qarşı heç kimlə dost deyil”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ermənilərə humanitar yardım göstərməyə hazır olduqlarını qeyd edib və bildirib ki, Ermənistan Rusiya Federasiyası ilə müttəfiq ölkə olaraq qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti