Stoltenberq: "Çin bizim düşmənimiz olmasa da, dəyərlərimizi bölüşmür"
"Kiberhücumlar ən az kinetik hücumlar qədər zərərli və təhlükəli ola bilər. Bu səbəbdən NATO uzun illərdir kibertəhlükələrə çox ciddi yanaşır".
Stoltenberq bildirib ki, Çin və Rusiya da daxil olmaqla avtoritar rejimlər NATO üzvü olan ölkələrin maraqlarına, dəyərlərinə və təhlükəsizliyinə meydan oxuyur:
"Çin bizim düşmənimiz olmasa da, dəyərlərimizi paylaşmır. Pekin öz ölkəsində yeni texnologiyalardan təzyiq vasitəsi kimi istifadə edir. Üz tanınması daxil olmaqla, öz texnologiyalarını dövlət nəzarəti alətləri kimi dünya ölkələrinə ixrac edir".
Təhlükəsiz kommunikasiya sistemlərinə, xüsusilə də 5G şəbəkələrinə ehtiyac olduğunu bildirən Stoltenebrg bildirib ki, gələcəkdə rəqəmsal onurğamızı qurmaq üçün avtoritar rejimlərin təmin etdiyi avadanlıqlara etibar etməkdən çəkinməliyik. "Enerji təchizatında Rusiyaya arxalanmağın nəticələrini gördük. Biz kritik şəbəkələrimizin texnologiyasını təmin etməyi Çinə etibar etməklə bu səhvi təkrarlamamalıyıq".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


