"Qarabağla bağlı başladılan cinayət işlərinə xitam verilməlidir" - Erməni vəkil

   "Qarabağla bağlı başladılan cinayət işlərinə xitam verilməlidir" -    Erməni vəkil
  09 Noyabr 2023    Oxunub:1690
Ermənistanda Qarabağ ərazisində törədilmiş cinayətlər əsasında başlanmış cinayət işlərinə xitam verilməsi təklif edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, belə təkliflə Ermənistanın hüquqşünası Aleksandr Koçubayev çıxış edib. O, bunu artıq Ermənistanın yurisdiksiyasının Qarabağ ərazisinə şamil olunmadığını qeyd edib.

2020-ci ildə 44 günlük müharibədən sonra bəzi generallar da daxil olmaqla bir çox hərbi qulluqçulara qarşı çoxsaylı cinayət işi qaldırılıb. O cümlədən, Qarabağ ordusunun iki keçmiş komandiri - Cəlal Arutyunyan və onun xələfi Mikael Arzumanyana qarşı ittihamlar irəli sürülüb. Yeri gəlmişkən, sonuncu həbsdədir.

Onlar əsasən məmur səhlənkarlığı, əmrə tabe olmamaq, hərbi vəziyyət rejimini pozmaqla ittiham olunurlar. Vəkil diqqəti Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və buna görə də cinayət işlərinin araşdırılmasının qanuna zidd olduğunu diqqətə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti