Beynəlxalq Ədalət Məhkəməsinin beş üzvü 9 il müddətinə seçildi
BMT Təhlükəsizlik Şurasında səsvermənin nəticələrinə əsasən, beynəlxalq məhkəməyə Boqdan Auresku (Rumıniya), Sara Hall Klivlend (ABŞ), Xuan Robledo (Meksika), Hilari Çarlzuort (Avstraliya) və Tladi Dire (Cənubi Afrika Respublikası) seçiliblər. Namizədlər BMT Baş Assambleyasında lazımi sayda səs toplayıblar.
Məhkəməyə yenidən seçilən avstraliyalı H.Çarlzuort vəzifələrini yerinə yetirməyə davam edəcək, qalan dörd seçilmiş hakim isə 6 fevral 2024-cü ildə işə başlayacaq.
AzVision.az
Teqlər: