İranda reabilitasiya mərkəzində yanğın törədən şəxs həbs olunub
“Yanğınsöndürmə eksperti hadisə yerinə baxış keçirərək və videoya baxaraq qəzanın qəsdən törədildiyini təsdiqləyib. Ekspertlər bu məsələ ilə bağlı bir şəxsi təsbit edib. Həmin şəxs, əyaləti tərk edərkən müəyyənləşdirilib və saxlanılıb. O, mövcud sübutlarla üzləşdikdən sonra ilkin istintaq zamanı törətdiyi cinayəti etiraf edib. Bu şəxs düşərgədə müalicə alan və bundan iki həftə əvvəl düşərgəni tərk edənlərdən biridir. Saxlanılan adamın iddiasına görə, o, bunu şəxsi ədavəti və mərkəzin məmurlarının sərtliyi ucbatından edib”, - Fəllah Miri deyib.
Qeyd edək ki, Ləngruddakı “Qam-e Əvvəl-e Rəhayi” (Azadlığa doğru ilk addım) narkomaniya müalicəsi mərkəzində baş verən yanğında 32 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
AzVision.az