Darrel İssa: Antisemitizmin güclənməsi İran hökumətinin marağındadır

   Darrel İssa:    Antisemitizmin güclənməsi İran hökumətinin marağındadır
  10 Noyabr 2023    Oxunub:902
Dünyada antisemitizm hallarının artması birbaşa İran hökumətinin xeyrinədir. Tehranın amerikalı yəhudilərə qarşı nifrət yaratma yolları müəyyən edilməli və bunlara son qoyulmalıdır.
AzVision.az xəbər verir ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Darrel İssa Xarici əlaqələr komitəsinin iclasında mövcud narahatlığın hazırda antisemitizm dalğasının təkcə Fələstinə dəstək və ya yəhudilərə qarşı çıxmaması ilə bağlı olmadığını bildirib.

Onun sözlərinə görə, bu, əslində HƏMAS-ın İsrailə atdığı 10 mindən çox raketin pulunu ödəmiş ölkənin geniş maliyyə dəstəyinin nəticəsidir.

“İran hökuməti təkcə antisemit deyil, həmçinin onlar İsraili məhv etmək istəyir. İran müxtəlif yerlərdə, o cümlədən universitetlərdə İsrailə qarşı fəaliyyətləri maliyyələşdirir. Amerika antisemitizmə səbəb olan üsulları araşdırmalıdır”, - konqresmen vurğulayıb.

HƏMAS-İsrail müharibəsi başlayandan bəri müxtəlif ölkələr, o cümlədən Avropada və Şimali Amerikada antisemitizm hallarının artdığı bildirilir. Britaniya, Fransa və ABŞ hökumətləri yəhudi vətəndaşlarını antisemit hücumlardan qorumaq üçün çalışdıqlarını açıqlayıblar.
AzVision.az


Teqlər: İran   antisemitizm  





Xəbər lenti